Kembric Universitetinin alimləri saçın rəngi ilə həyat müddəti arasındakı əlaqəni müəyyən ediblər.
Tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc edilib.
Alimlər xeyli sayda insanın genomunu təhlil ediblər və qənaətə gəliblər ki, saçı tünd rəngdə olanlar daha az yaşayırlar. Ekspertlərin sözlərinə görə, bu, tünd saçlı insanlarda cinsi yetkinliyin (pubertat dövr) daha tez baş verməsi ilə əlaqədardır.
Qeyd olunur ki, erkən pubertat dövr bəzi xəstəliklərin inkişaf riskini artırır. Məsələn, ürək-damar sistemi xəstəlikləri və ikinci tip diabet cinsi yetkinliyə erkən yaşda çatanlarda daha çox müşahidə olunur.