13 
Dek
2017
20:06
20
144
7708
Virtual karabakh

Bitkoin fırtınası

13 Dek, 2017
20:06
7708

Bitkoin fırtınası

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son aylarda bitkoin və digər kriptovalyutalar (“elektron valyutalar”) haqda danışan insanların sayı durmadan artmaqdadır. Bu da təbiidir, səbəbi də anlaşılandır. “Bir neçə il əvvəl bitkoinə 100 dollar investisiya etmiş olsaydınız, indi milyonçu idiniz” kimi cümlələri çox eşitmişik. Həqiqətən də, 2011-ci il yanvarın 1-də 100 dollarlıq bitkoin almış olsaydınız, indi 5 milyon dollardan çox pulunuz ola bilərdi. Çox uzağa getməyək, bu ilin əvvəlində bitkoin alan adam yatırdığı məbləğin təxminən 20 qatını geri götürə bilər…

Bu misli görünməmiş qiymət artımı səbəbindən, artıq, bitkoin və digər kriptovalyutalar haqda müzakirələr yalnız texniki biliyi yüksək olan insanların çevrəsindən televiziya ekranlarına yol tapıb. Son bir neçə həftədə “Bitkoinin qiyməti 10 min dollar həddini keçdi” tipli məqalə və xəbər başlıqlarına, demək olar ki, hər gün rast gəlinir.

Bütün bunların nəticəsində bitkoinə pul yatırmaq istəyənlərin sayı günü-gündən artır. Təbii ki, bir çox potensial “investorların” bitkoin və onun arxasında duran “blockchain” texnologiyası barədə bilgisi yoxdur. Elə mənim özüm də bu barədə dərin bilgilərə malik deyiləm. Amma ən azından bir az oxuyub araşdırmışam, müəyyən şeylər öyrənmişəm. Ona görə belə qənaətə gəldim ki, növbəti bir neçə həftə ərzində kriptovalyutalar barədə silsilə məqalələr yazım.

Başa düşdüyüm qədəri ilə, Azərbaycan dilində bu barədə kifayət qədər resurs yoxdur. Əsas məqsədim bu barədə bildiklərimi xarici dil bacarığı məhdud olan (buna görə də xarici resurslara çıxışı olmayan)  və ya sadəcə tənbəllik edib araşdırma aparmaq istəməyən oxuculara çatdırmaq, bu prossesdə öz biliklərimi artırmaq olacaq. Ona görə də, hansısa bir sualı olan və ya hansısa bir mövzuya toxunmağımı istəyən dostlar bu barədə Facebook səhifəmdə və ya bu postun altında şərhlər yaza bilər.

Müəllif: Rəşad Həsənov
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri