14 
Dek
2017
16:10
65
36
1928
Virtual karabakh

Turistlərə güzəşt - 3 saata elektron viza

14 Dek, 2017
16:10
1928

Turistlərə güzəşt - 3 saata elektron viza

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycana gəlmək istəyən turistlər üçün elektron qaydada viza müraciətinə ən geci 3 saata qədər baxmaq mümkün olacaq.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında bununla bağlı “Turizm haqqında” qanunun 7-1 (Turizm vizası) maddəsinə əlavə müzakirəyə çıxarılıb.

Layihəyə əsasən elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat müddətinə müraciətə baxılacaq.

Qeyd edək ki, hazırda ölkəyə gəlmək istəyən turistlər üçün elektron qaydada viza müraciətinə ən tez 3 iş gün müddətinə baxılır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri