30 
Noy
2018
14:55
7
69
2971
Virtual karabakh

ABA: Məhkəmə-icra prosesində 400 minə yaxın qərar var

30 Noy, 2018
14:55
2971

ABA: Məhkəmə-icra prosesində 400 minə yaxın qərar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda bank sektorunda 5.8 milyard manatdan artıq likvid vəsait toplanıb, ancaq kreditləşmə kanallarının işləkliyi ilə bağlı mövcud problemlər bu vəsaitlərin iqtisadiyyata ötürülməsini ləngidir.

Oxu.Az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının İcraçı direktoru Yunus Abdulovun açıqlamasına görə, hazırda məhkəmə-icra prosesində 400 minə yaxın məhkəmə qərarı öz icrasını gözləyir.

Bu proseslərin təkmilləşdirilməsi və sürətləndirilməsi iqtisadiyyatın təkrar kreditləşdirilməsində əhəmiyyətli rol oynaya bilər.

Digər vacib məsələ girovun reallaşdırılması ilə bağlıdır. Ona görə də ABA bazar mexanizmlərinə uyğun, işlək hərrac mexanizminin - platformasının yaradılmasının vacibliyini vurğulayıb.

“Əlbəttə, təkmilləşmə təkcə real sektor biznes subyektlərinin ehtiyacı deyil. Bank sektorunda da risk və strategiya menecmenti, həmçinin korporativ idarəetmə strandartlarının təkmilləşdirilməsi, xidmət keyfiyyətinin artırılması, maliyyə texnologiyalarının tətbiqinin genişləndirilməsi kimi istiqamətlərdə zamanın tələblərinə uyğunlaşma ehtiyacı var. Və Azərbaycan Banklar Assosiasiyası və onun nəzdində fəaliyyət göstərən, sayı artıq 12-ə çatan ekspert qrupları sektorun qeyd olunan istiqamətlərdəki inkişafına dəstək vermək üçün çalışır”.

Y.Abdulov qeyd edib ki, bu ilin doqquz ayının yekunlarına əsasən, real sektor üzrə kredit portfelinin təxminən 63 faizi biznesin maliyyələşdirilməsinə yönəldilib ki, bu, 7.7 mlrd. manatdan artıq portfel həcmi deməkdir.

Ümumilikdə 2000-ci ildən etibarən bank sektoru tərəfindən 14.3 mlrd. həcmində kapital qoyuluşu edib. Bu, o deməkdir ki, bank sektoru müəssisələrin şəxsi vəsaitləri və dövlət büdcəsindən sonra əsas kapitala investisiyaların maliyyələşdirilməsində üçüncü əsas daxili mənbə rolunu oynayıb.

Təkcə bu ilin ilk on ayında bank kreditləri hesabına iqtisadiyyata 1.5 mlrd. manata yaxın sərmayə qoyulub. Müqayisə üçün qeyd edək ki, bu, daxili mənbələr hesabına kapital qoyuluşlarının 13 faizini təşkil edir.

İlhamə Abdullayeva 
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri