18 
Fev
2019
17:18
288
184
13303
Virtual karabakh

Nazir: Azərbaycanda pensiya yenə qalxacaq

18 Fev, 2019
17:18
13303

Nazir: Azərbaycanda pensiya yenə qalxacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaxın aylarda Azərbaycanda indeksasiya nəticəsində orta aylıq əmək pensiyası 5% artacaq.

Oxu.Az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib. Onun sözlərinə görə, indeksasiya tətbiq edildikdən sonra orta aylıq pensiya məbləği 222 manatdan 228-229 manata, yaşa görə orta aylıq pensiya isə 240 manatdan 250 manata qalxacaq.

“233 min pensiyaçının əmək pensiyasının minimum məbləğinin 160 manatadək artırılacağını nəzərə alsaq, yaxın aylarda orta aylıq əmək pensiyasının 5% artacağını proqnozlaşdırmaq olar. Real mənzərə ilin ortalarında aydın olacaq”, - deyə nazir bildirib. 

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri