Mar
2019
17:53
25
88
2963
Virtual karabakh

Azərbaycan yanvarda xaricə nə satıb? - İNFOQRAFİKA

1 Mar, 2019
17:53
2963

Azərbaycan yanvarda xaricə nə satıb? - İNFOQRAFİKA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 1,3 milyard ABŞ dolları təşkil edib. Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 138 milyon ABŞ dolları olub.

Oxu.Az xəbər verir ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2019-cu ilin yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 15 milyon ABŞ dolları və ya 12% artıb.

Cari ilin yanvar ayı ərzində Rusiyaya 46,3 milyon, Türkiyəyə 25,2  milyon, Gürcüstana 13,6 milyon, İsveçrəyə 9,8 milyon və İrana 6,9 milyon ABŞ dolları dəyərində qeyri-neft malları ixrac olunub.

Təhlillər göstərir ki, 2018-ci ilin yanvar ayı ilə müqayisədə, 2019-cu ilin yanvarında Rusiyaya qeyri-neft ixracı 26%, Türkiyəyə 9%, Gürcüstana 20%, İrana 4,1 dəfə artıb.

2019-cu ilin yanvar ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (12,6 milyon ABŞ dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (12 milyon ABŞ dolları) ikinci yerdə qərarlaşıb. Mahlıc isə (11,9 milyon ABŞ dolları) bu siyahıda üçüncü olub. 

Ümumilikdə isə 2019-cu ilin yanvar ayı ərzində meyvə-tərəvəz ixracı 43,4 milyon, pambıq lifi ixracı 11,9 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 11,7 milyon, elektrik enerjisinin ixracı 11,1 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 6,9 milyon, kimya sənayesi məhsullarının ixracı 6,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 3,2 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,7 milyon, pambıq ipliyi ixracı 859 min ABŞ dolları təşkil edib.  

Bir illik müqayisədə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,5 dəfə, elektrik enerjisinin ixracı 4,3 dəfə, kimya sənayesi məhsullarının ixracı 86 faiz, pambıq lifinin ixracı 80 faiz, meyvə-tərəvəzin ixracı 24 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 14 faiz artıb.

İlhamə Abdullayeva

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri