26 
İyl
2019
17:16
110
38
3146
Virtual karabakh

AMB: Neft Fondunun vəsaitləri bazara çıxsaydı, manatın məzənnəsi çox möhkəmlənərdi

26 İyl, 2019
17:16
3146

AMB: Neft Fondunun vəsaitləri bazara çıxsaydı, manatın məzənnəsi çox möhkəmlənərdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlin əvvəlindən Dövlət Neft Fondunun 800 milyon manatlıq satılmayan vəsaiti var. Bu vəsait bazara çıxmır, əgər həmin vəsait bazara çıxsaydı, bu gün manatın məzənnəsi çox əhəmiyyətli dərəcədə möhkəmlənmiş olardı.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Sədr bildirib ki, xarici balans və fiskal sistemdən gələn bu təklif manatın əhəmiyyətli məzənnəsini tələb edir:

“Stabil valyuta, çox aşağı inflyasiya səviyyəsi, bütövlükdə ehtiyatlarla təmin olunma, aşağı dövlət borcu - bütün bunlar imkan verir ki, yaxın zamanda investisiya reytinqlərini ala bilək. Bu istiqamətlərdə işlərimizi davam etdirməliyik. Bir neçə faktor var ki, onları gücləndirməliyik”.

E.Rüstəmov qeyd edib ki, büdcə öz daxili imkanları vasitəsilə çatışmazlıqları yerinə yetirir:

“Manatın möhkəmlənməsinin müsbət və mənfi cəhətləri var. Bu gün sabit məzənnə rejimindəyik. Hazırda inflyasiyanın hədəflənməsi rejiminə keçmək və gələcəkdə manatın üzən tənzimlənməyə keçməsi istiqamətində proqram üzərində çalışırıq”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri