26 
İyl
2019
16:34
149
28
5267
Virtual karabakh

Manatı oğurlamaq çətinləşəcək

26 İyl, 2019
16:34
5267

Manatı oğurlamaq çətinləşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankı tərəfindən yeni qaydalar hazırlanır. Bu qaydalarda pul nişanlarının oğurlanması məsələsi də əksini tapıb.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının “Tədavülə yararsız milli pul nişanlarının əlamətlərinin müəyyən edilməsi, dəyişdirilməsi və pulların ekspertizası Qaydaları”nı şərh edən bankın Nağd pul departamentinin direktoru Adışirin Qasımov deyib.

O qeyd edib ki, xarici təcrübədə pul nişanları daha təhlükəsiz konteynerlərdə daşınır:

“Onlar xüsusi rənglə nişanlanır və oğurlanan zaman avtomatik olaraq yararsız olur. Bununla bağlı təklifimizi Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etmişik. Hazırda bank sektorunun mövqeyini gözləyirik”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri