Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Son dörd ay ərzində Azərbaycan Ticarət Evi tərəfindən Qətərə nə qədər meyvə-tərəvəz idxal olunub?
"Son dörd ay ərzində Dohadakı Azərbaycan Ticarət Evi tərəfindən 400 tondan çox ölkəmizin meyvə və tərəvəzi idxal olunub".
Oxu.Az xəbər verir ki, bunu Bakıda keçirilən "Qətər bütün dünya üçün" adlı tədbir çərçivəsində Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışı zamanı deyib.
O qeyd edib ki, məhsullarımızın xarici bazarlara çıxışını təmin etmək üçün yaxşı iş gördüyümüzü göstərir:
"Azərbaycan-Qətər Birgə Biznes Şurası bizim və Qətər Ticarət və Sənaye Palatası tərəfindən yaradılıb. Ümid edirik ki, biznes şurası iqtisadi əməkdaşlığı təşviq etmək və biznes icmalarımız arasında qarşılıqlı əlaqələri asanlaşdırmaqda mühüm rol oynayacaq. Azərbaycan və Qətər şirkətləri arasında birgə layihələrin sayı ikiqat artmış, kənd təsərrüfatı, bərpa olunan enerji, turizm və texnologiya kimi müxtəlif sahələri əhatə etmişdir. Bu layihələr yeni iş yerləri yaradır, yeniliyi təşviq edir və hər iki ölkənin davamlı inkişafına töhfə verir".
"Al Baladi Holding" və "Green Capital Management" arasında Strateji Tərəfdaşlıq Müqaviləsinin iqtisadi əlaqələrimizi daha da gücləndirəcəyinə və əməkdaşlıq üçün yeni yollar açacağına əminəm. Bu tərəfdaşlıq ölkələrimizin bizneslərinin ortaq məqsədlərə nail olmaq və dəyər yaratmaq üçün birgə işləyə biləcəyinin parlaq nümunəsidir. Bu müqavilənin iqtisadiyyatlarımıza müsbət təsirini görməyi səbirsizliklə gözləyirəm", - deyə O.Məmmədov çıxışını tamamlayıb.
Nəzrin Vahid