2026-cı ilin yanvar-oktyabr aylarında Ağdam rayonunda 959 milyon 305.6 min manatlıq sənaye məhsulu istehsal edilib.
Oxu.Az xəbər verir ki, bu rəqəm rayona dair sosial-iqtisadi göstəricilərdə yer alıb.
Bildirilir ki, bu müddətdə rayonda kənd təsərrüfatı məhsullarının ümumi istehsal dəyəri isə 246 milyon 914.2 min manat təşkil edib ki, bu məbləğin 159 milyon 90.7 min manatı bitkiçilik, 87 milyon 823.5 min manatı isə heyvandarlıq məhsullarının payına düşüb.
Bundan əlavə, 2026-cı ilin yanvar-sentyabr aylarında Ağdamın iqtisadi və sosial sahələrinin inkişafı məqsədilə əsas kapitala 494 milyon 370 min manat investisiya yönəldilib.