Yevlaxda 12 yaşlı oğlan faciəli şəkildə ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə 19 noyabrda rayonun Qoyunbinəsi kəndi ərazisində qeydə alınıb.
Quliyev Semur Novruz oğlunun idarə etdiyi "Renault Master" markalı yük avtomobili velosipedlə hərəkətdə olan 2014-cü il təvəllüdlü Məmmədli Eltac Elçin oğlunu vuraraq öldürüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Qaynar xətt:
(055) 224 12 12