Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya
Qaynar xətt:
(055) 224 12 12