Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Almaniya kansleri büdcə israfçılığı ilə bağlı qalmaqal yaşayır
Almaniya Kansleri Olaf Şolts uçuşlara görə ölkə büdcəsindən həddindən artıq vəsait xərclədiyi üçün qalmaqal yaşayır.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, Şolts başda olmaqla Almaniya Nazirlər Kabinetinin üzvlərinin futbol üzrə Avropa çempionatının oyunlarına dövlət təyyarələri ilə getdikləri və buna 531 min avro (təxminən 978,5 min manat) xərclədikləri məlum olub.
Siyasətçilər altı oyun üçün hər iki istiqamətdə 12 uçuş həyata keçiriblər.
Həmçinin, fotoqraf və vizajçılara həddindən artıq pul xərcləməkdə günahlandırılan Almaniyanın xarici işlər naziri Annalena Berbok da tənqidlərə məruz qalıb.
"Olaf Şolts" teqi üzrə xəbərlər
- Almaniya hökuməti İSTEFAYA GEDİR
- Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər
- Almaniyada yeni hakimiyyət - Ukraynanın silahlanmasında çox fəal rol oynayacaq
- Braziliya prezidenti: "Rusiyalıların öldürülməsi üçün silah satmaq fikrində deyiləm"
- ABŞ Ukraynaya sülhməramlı kontingent göndərməyə hazırlaşır? - Tramp AÇIQLADI