Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Almaniyada yeni kansler seçildi
Almaniya Bundestaqı Xristian Demokratların lideri Fridrix Merts ikinci səsvermədə ölkənin yeni kansleri seçilib.
Oxu.Az RBC.ru-ya istinadən xəbər verir ki, Mertsin lehinə 325 deputat səs verib, 289 nəfər isə ona qarşı çıxıb. Beləliklə, qalibiyyət üçün tələb olunan 316 səs toplanıb.
Xatırladaq ki, ilk cəhddə qələbə üçün cəmi 6 səs çatışmayıb.
Xristian Demokrat İttifaqı, Xristian Sosial İttifaqı (XDİ/XSİ) və Almaniya Sosial Demokrat Partiyasından (ASDP) ibarət koalisiya Bundestaqdakı səsvermənin ilk turunda uğursuzluğa düçar olmasına baxmayaraq, Fridrix Mertsin növbəti dəfə kansler vəzifəsinə namizədliyini təklif edəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə jurnalistlərə XDİ/XSİ parlament fraksiyasının rəhbəri Yens Şpan bildirib.
"Biz koalisiya olaraq ikinci turda yenidən Fridrix Mertsi təklif edəcəyik", - deyə o bildirib.
Qeyd edək ki, Fridrix Merts kansler seçilmək üçün birinci turda Bundestaqda kifayət qədər səs toplaya bilməyib. 621 deputatdan 310-u lehinə səs verib, lakin seçki üçün lazımi səs sayı 316-dır. Deputatlardan 307-si əleyhinə səs verib, 3-ü bitərəf qalıb. Bir bülleten etibarsız sayılıb. Eyni zamanda ASDP, XDİ/XSİ fraksiyaları Bundestaqda 328 yer tutur.
Bildirildiyinə görə, Almaniya Federativ Respublikasının tarixində heç vaxt belə bir presedent olmayıb ki, seçkilərdən və uğurlu koalisiya danışıqlarından sonra qalib gələn partiyanın namizədi səs qazana bilməsin.
Eyni zamanda Olaf Şolts artıq təntənəli şəkildə vəzifəsindən yola salınmasına baxmayaraq, varis seçilənə qədər Almaniyanın kansleri kimi fəaliyyət göstərməyə məcbur olacaq.
Federal hökumətin nazirləri də səlahiyyətlərin icraçıları kimi öz vəzifələrində qalacaqlar.
Həmçinin qeyd edilir ki, Fridrix Mertsin Almaniya kansleri vəzifəsinə namizədliyi üzrə səsvermənin ikinci turu Bundestaqda mayın 6-da yerli vaxtla saat 15:15-də (Bakı vaxtı ilə 17:15 - red.) keçiriləcək.
Olaf Şoltsun varisi, Xristian Demokratik İttifaqı fraksiyasının lideri Fridrix Merts Almaniya kansleri seçkisinin Bundestaqda keçirilən birinci turunda səslərin mütləq əksəriyyətini toplaya bilməyib.
Oxu.Az bu barədə "The Guardian" nəşrinə istinadən xəbər verir.
"Fridrix Merts kansler seçilmək üçün lazımi mütləq səs çoxluğunu əldə edə bilmədi", - deyə məlumatda bildirilib.
Eyni zamanda mənbələrə bildirib ki, Merts Almaniya kansleri vəzifəsinə namizədliyi ilə bağlı səsvermənin ikinci turunu keçirməkdən imtina etmək qərarına gəlib.
Bu halda mayın 6-da ölkəyə yeni kansler təyin olunmayacaq.
Fridrix Mertsin mayın 7-nə planlaşdırdığı bütün xarici səfərlər indi sual altındadır.
Qeyd edək ki, o, Parisə, oradan isə Varşavaya getmək niyyətində idi.
"Almaniya" teqi üzrə xəbərlər
- Şampan qutularında gizlənən tarix: Argentinada təsadüfən Hitlerin imzası olan sənədlər tapıldı
- Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi təşəbbüsünü dəstəkləyib
- Hamburqda futbol coşqusu: 44 azarkeş xəsarət aldı
- ABŞ-dən Almaniyanın Ukraynaya "Patriot" raketləri göndərməsinə "yaşıl işıq"
- Holokostun ən məşhur şahidlərindən biri Qələbə Günündə dünyasını dəyişdi