Almaniyanın keçmiş kansleri Olaf Şolts 2020-ci ildə ABŞ rəhbərliyinə "Şimal axını-2" layihəsinə qarşı tətbiq edilmiş sanksiyaların ləğvi qarşılığında ABŞ-nin mayeləşdirilmiş qazının qəbulu üçün terminal tikintisinin təklif olunduğu məktubun göndərilməsi faktını etiraf edib.
Oxu.Az bildirir ki, bu barədə məlumatı "Ostsee-Zeitung" qəzeti Şoltsun sözlərinə istinadən verib.
O, həmçinin 2022-ci ilin fevralında artıq tamamlanmış "Şimal axını-2" qaz kəmərinin istismara verilməsinə icazə vermədiyini təsdiq edib.