2025-ci ildə Azərbaycanda sosial-mədəni tədbirlərə 11 milyard manata yaxın vəsait xərclənib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, ötən il dövlət büdcəsinin ümumi xərcləri 38 milyard 604.6 milyon manat təşkil edib. Bu məbləğ ümumi daxili məhsulun (ÜDM) 29.9 faizinə bərabər olub.
Hesabat dövründə sosial-mədəni tədbirlərə 10 milyard 976.1 milyon manat vəsait ayrılıb. Bu vəsaitin 4 milyard 619.5 milyon manatı təhsilin maliyyələşdirilməsinə yönəldilib ki, bu da ÜDM-in 3.6 faizinə bərabərdir.
Beləliklə, təhsil xərcləri sosial-mədəni tədbirlər üçün nəzərdə tutulan ümumi vəsaitin təxminən 42 faizini təşkil edib.