Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan Serbiyanı COP29-da fəal iştiraka dəvət edib
Azərbaycan Serbiyanı bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirak etməyə dəvət edib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasında bildirib.
"Bu fürsətdən istifadə edərək, biz Serbiyanı bu konfransın işində fəal iştirak etməyə dəvət edirik", - deyə o vurğulayıb.
Nazir müavininin sözlərinə görə, iqtisadi potensial və qarşılıqlı maraqlar bundan sonra da iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli şərait yaradacaq.
Xatırladaq ki, bu ilin noyabr ayında Azərbaycan COP29 konfransına ev sahibliyi edəcək. Hər il keçirilən "Conference of the Parties" (COP) konfransı - BMT-nin 1992-ci ildə qəbul edilən İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasına əsaslanır və hazırda 185 ölkə tərəfindən qəbul edilib. Ənənəvi olaraq hər il keçirilən konfrans zamanı tərəfdaş ölkələr İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris İqlim Sazişinin müddəalarının icraatının baxılmasına və yeni beynəlxalq hüquqi aktların işlənib hazırlanma, o cümlədən həyata keçirilməsinə dair qərarlar qəbul edirlər.
BMT-nin Ətraf Mühit Proqramının və Ümumdünya Meteorologiya Təşkilatının iqlimşünas alimlərinin elmi məruzəsi nəticəsində müəyyən edilib ki, iqlim dəyişikliyi qlobal istiləşməyə, hava şəraitinə, su ehtiyatlarına, fəsillərə, ekosistemlərə, ekstremal iqlim hadisələrinə mənfi təsir edir.
"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"