Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
SOCAR və "KazMunayGaz" Qazaxıstan neftinin tranzit həcminin artırılmasını müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qazaxıstanın "KazMunayGaz" Milli Şirkəti arasında Qazaxıstan xam neftinin Azərbaycan ərazisindən tranzit həcminin artırılması və ticarəti məsələləri müzakirə edilib.
Oxu.Az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf və "KazMunayGaz"ın İdarə Heyətinin sədri Asxat Xasenov arasında keçirilən görüşdə bildirilib.
Görüşdə şirkətlər arasında strateji tərəfdaşlıq əlaqələrinin dinamik inkişafından məmnunluq ifadə olunub.
Tərəflər SOCAR ilə "KazMunayGaz" arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrin genişləndirilməsi istiqamətində görülən işləri nəzərdən keçirib, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Nümayəndə heyəti "Azərtrans" və "Səngəçal" terminallarına səfər edərək, burada yaradılan şərait və texnoloji proseslərlə tanış olub.
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- Sabah Bakının mərkəzi qazsız qalacaq
- Deputat: "Aparılan iqtisadi islahatlar büdcə gəlirlərinin artmasına səbəb oldu"
- SOCAR-ın payçı olduğu şirkətinin İdarə Heyətinə yeni rəhbər təyin edilib
- Azərbaycan və Türkiyədən tarixi saziş! SOCAR-dan 7 milyard dollarlıq investisiya planı
- TANAP-dan nə qədər Azərbaycan qazı nəql edilib?