Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Mikayıl Cabbarov Ahmed Moallim Fiqi ilə müzakirələr apardı
İqtisadiyyat naziri Mikayıl Cabbarov Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ahmed Moallim Fiqi ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Görüşdə ikitərəfli iqtisadi əlaqələrin təşviqi və energetika sahəsində potensial tərəfdaşlıq imkanları müzakirə olunub.
Tərəflər iki ölkə arasında qarşılıqlı faydalı iqtisadi əlaqələrin yaradılmasının, əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıblar.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ahmed Moallim Fiqi ilə görüşüb.
Oxu.Az xəbər verir ki, nazir bu barədə "X" sosial media hesabında paylaşım edib:
"İkitərəfli iqtisadi əlaqələrin təşviqini və energetika sahəsində potensial tərəfdaşlıq imkanlarını müzakirə etdik".
#Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ahmed Moallim Fiqi ilə görüşümüzdə ikitərəfli #iqtisadi əlaqələrin təşviqini və #energetika sahəsində potensial tərəfdaşlıq imkanlarını müzakirə etdik.#EconomyAz pic.twitter.com/sd3qBSrT3X
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 25, 2024
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov Abdulla Bin Touq Al Marri ilə görüşüb
- İqtisadi-ticari əlaqələrin inkişafına dair Azərbaycan-Çin sənədləri imzalanıb
- Azərbaycanla Çin maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığı dərinləşdirirlər
- Pekində Azərbaycan-Çin sənədləri imzalanıb
- Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti Vanq Bin ilə görüşüb