27 
İyn
2020
12:54
119
47
2456
Virtual karabakh

Vüqar Şahmuradov: “Mazut ehtiyatı İES-in bir ay tam gücü ilə işləməsini təmin edir”

27 İyn, 2020
12:54
2456

Vüqar Şahmuradov: “Mazut ehtiyatı İES-in bir ay tam gücü ilə işləməsini təmin edir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan” İstilik Elektrik Stansiyası (İES) ölkədə fəaliyyət göstərən yeganə elektrik stansiyasıdır ki, qazla yanaşı, mazutla da işləyə bilir.

Oxu.Az xəbər verir ki, bunu “Azərenerji” ASC-nin vitse-prezidentinin müavini Vüqar Şahmuradov deyib.

O bildirib ki, burada növbəli şəkildə tikilən mazut təsərrüfatı mövcuddur. İES ərazisində bu günə qədər 18 mazut çəni tikilib. İlkin mərhələdə altı çən, sonrakı dövrlərdə isə daha altı çən inşa edilib, ümumilikdə, 12 mazut çəni mövcud idi.

2019-cu ildə İES ərazisində daha altı çən istifadəyə verildi, bununla da, çənlərin ümumi sayı 18-ə çatdırıldı. Bundan əlavə, mazut təsərrüfatının yanğınsöndürmə sistemi tam yenidən qurulub. Belə ki, köpüklə avtomatik yanğınsöndürmə sistemi istifadəyə verilib. Mazutdan ehtiyat yanacaq kimi istifadə olunur”.

“Hazırda ehtiyatımız 245 min ton mazutdur. Hər hansı səbəbdən qaz təchizatı dayanarsa, mazut ehtiyatı stansiyanın bir ay müddətində tam gücü ilə işləməsinə imkan yaradır”, - deyə V.Şahmuradov əlavə edib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri