Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycandan Türkiyəyə səfərlərdə pasport lazım olmayacaq – RƏSMİ
Azərbaycanla Türkiyə arasında gediş-gəlişin daha da asanlaşacağı gözlənilir.
Bu barədə “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda keçirilən vebinarda Xarici İşlər nazirinin müavini Xələf Xələfov məlumat verib.
O bildirib ki, hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərləri məsələsi gündəmdədir:
“Bu məsələnin həll olunması üçün işçi səviyyəsində təmaslar qurmuşuq”.
Nazir müavinin sözlərinə görə, hazırda texniki baxımdan sənədlərin razılaşdırılması işi aparılır.
“Hesab edirəm ki, yaxın vaxtlarda praktiki baxımdan da buna nail olacağıq”, - deyə X.Xələfov əlavə edib.
Aqşin Kərimov