Okt
2020
11:59
623
38
1886
Virtual karabakh

SOCAR Ukraynada ən yaxşı 25 şirkət arasında yer alıb - VİDEO

6 Okt, 2020
11:59
1886

SOCAR Ukraynada ən yaxşı 25 şirkət arasında yer alıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın tanınmış “Vlast deneq” nəşri bu ölkədə fəaliyyət göstərən 25 ən yaxşı beynəlxalq şirkətin adını açıqlayıb.

“Report”un məlumatına görə, hazırlanmış növbəti reytinqdə dünyanın tanınmış 25 şirkətinin adı var. Bu reytinqdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” də var.

Reytinqə məhsul brendləri, ticarət markaları kimi, həmçinin maliyyə, konsaltinq, logistika kimi sahələri əhatə edən şirkətlər daxil edilib.

Qeyd edək ki, SOCAR-ın Ukraynadakı nümayəndəliyi olan “SOCAR Energy Ukraine” şirkəti 2008-ci ildə açılıb. Hazırda şirkətin Ukraynanın 11 vilayətində 55 ədəd müasir yanacaqdoldurma kompleksləri fəaliyyət göstərir. Həmçinin, Ukraynada yaradılan “SOCAR Ukraine” Ticarət Evi ölkəyə təbii qaz idxal edən ən iri özəl idxalçılardan biri olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri