30 
Okt
2020
16:46
18
239
2270
Virtual karabakh

“Yaşıl Kart”la bağlı saxta sığorta müqavilələrinin satılması barədə AÇIQLAMA

“Yaşıl Kart”la bağlı saxta sığorta müqavilələrinin satılması ilə bağlı açıqlama verilib.

İcbari Sığorta Bürosundan verilən məlumata əsasən, son zamanlar nəqliyyat vasitəsi sahiblərinin beynəlxalq sığorta kartı olan “Yaşıl Kart”la bağlı saxta sığorta müqavilələrinin satılmasına dair “İcbari Sığorta Bürosu”na xaricdə fəaliyyət göstərən “Yaşıl Kart” büroları tərəfindən məlumatlar daxil olub.

Vətəndaşların diqqətinə çatdırılıb ki, “İcbari Sığortalar haqqında” qanunun 63.2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsinin sahibi Azərbaycan “Yaşıl Kart”ını yalnız Yaşıl Kart Sistemində fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılarla müqavilə bağlayaraq əldə etməlidir.

Bununla yanaşı xarici ölkələrə səfər zamanı “Yaşıl Kart” sığorta təminatının alınmasında aşağıdakılara diqqət edilməlidir:

- “Yaşıl Kart” blankında yuxarıda solda yerləşən “İcbari Sığorta Bürosu”-nun logosunun olmasına;

- “Yaşıl Kart”ın qüvvədə olduğu ölkələri əks etdirən cədvəldə (8 -ci bölüm) səyahət edəcəyi ölkənin üzərindən xətt çəkilib-çəkilməməsinə;

- “Yaşıl Kart”ı təqdim edən sığortaçı (10-cu bölüm) barədə məlumatların dəqiqliyinə

Qeyd edilib ki, vətəndaşlar İcbari Sığorta Bürosunun rəsmi internet səhifəsi vasitəsi ilə və ya (012) 595 00 20 telefonuna zəng etməklə “Yaşıl Kart”ın etibarlılığı barədə məlumat əldə edə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri