16 
Yan
2021
14:10
128
21
1712
Virtual karabakh

2020-ci ildə neft və qaz məhsullarının ixrac dəyəri açıqlandı

16 Yan, 2021
14:10
1712

2020-ci ildə neft və qaz məhsullarının ixrac dəyəri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ildə Azərbaycan 11,9 milyard dollar dəyərində neft-qaz sektoruna daxil olan məhsul ixrac edib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu məhsullarının ixrac dəyəri 32,6 faiz azalıb.

Belə ki, xam neft və neft məhsullarının ixrac həcmi 29,1 milyon ton təşkil edib. İxrac həcmi 2019-cu ilə nəzərən 5,9 faiz azalıb. Bu məhsulların ixracından 9,4 milyard dollar ümumi gəlir əldə edilib, bu da 2019-cu ilin göstəricisinə nisbətən 36,8 faiz azdır.

Ötən il 12 milyard 424,5 milyon kub metr təbii qaz ixrac edib. Onun ixracından 2,2 milyard dollar gəlir əldə edilib. 2019-cu ilə nisbətən ixrac həcmi 0,9 faiz, gəlir isə 7,4 faiz azalıb.

Eləcə də, 2020-ci ildə 1 milyard 63,9 milyon ton neft məhsulu ixrac edilib. Onların ixrac dəyəri 295,1 milyon dollar olub. İxrac həcmi 2019-cu ilə nisbətən 8,6 faiz artsa da, ixrac dəyəri isə 36,2 faiz azalıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri