Goranboy rayonu, Heydər Əliyev prospektində yerləşən, fiziki şəxs Yusifov Mahir Sərdar oğluna məxsus “Sahib” marketdə plandankənar yoxlama keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, marketdə xeyli miqdarda müxtəlif növ yararlılıq müddəti bitmiş qida məhsulları aşkar edilib.
Aşkar olunan faktla bağlı yararlılıq müddəti bitmiş məhsullar satış şəbəkəsindən çıxarılıb, sahibkar barəsində inzibati qaydada tədbir görülüb.