Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi barədə paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib.
Oxu.Az xəbər verir ki, Prezident bu barədə "X" sosial şəbəkəsində paylaşım edib:
"Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi etməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi. Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir. Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan Respublikası hər cür dəstək göstərməyə hazırdır".
Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi etməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi. Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət…
— İlham Əliyev (@azpresident) May 19, 2024

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident: "Azərbaycan hər zaman Türkiyənin, Türkiyə də hər zaman Azərbaycanın yanında olub"
- Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilir
- İlham Əliyev: "Azərbaycan xalqı 6 fevral faciəsini öz faciəsi kimi qəbul etdi"
- Kahramanmaraşda İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub
- İlham Əliyev Türkiyədə işgüzar səfərdədir