22 
Okt
2021
18:12
23
604
5232
Virtual karabakh

Azərbaycanda kredit faizləri artıb

22 Okt, 2021
18:12
5232

Azərbaycanda kredit faizləri artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci il oktyabr ayının 1-nə Azərbaycanda kredit portfelinin ümumi həcmi 15 957 300 000 manat olub.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, bu göstərici əvvəlki ayla müqayisədə 2,2 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,3 faiz çoxdur.

Sentyabr ayı ərzində bankların kredit portfelinin həcmi 349 300 000 manat həcmində artıb. Ölkədə problemli kreditlərin həcmi azalaraq 871 100 000 manat olub. Vaxtı keçmiş kreditlərin həcmi əvvəlki ayla müqayisədə 3,7 faiz, illik müqayisədə 18,6 faiz azalıb. Onların ümumi kredit portfelində çəkisi 5,4 faizi təşkil edib.

Kreditlərin 2 978 200 000 manatı dövlət bankları tərəfindən təmin edilib ki, onlar əvvəlki ayla müqayisədə 2,7 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 12,7 faiz daha çox kredit verib.

Özəl banklar tərəfindən isə 12 560 500 000 manat həcmində kredit verilib. Aylıq müqayisədə özəl banklar 2,1 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 6 faizə qədər çox kredit verib.

Digər kreditlər isə bank olmayan kredit təşkilatları tərəfindən təmin edilib və onların kredit portfelinin həcmi 418 600 000 milyon manat olub. Bu, illik müqayisədə 11,2 faiz, aylıq müqayisədə isə 4,3 faiz çoxdur.

2021-ci il oktyabr ayının 1-nə olan göstəricilərə əsasən, əhalinin istehlak kreditlərinin (ev təsərrüfatı) həcmi 7 931 800 000 milyon manat olub. Bu isə cəmi kreditlərin 49,7 faizini təşkil edib.

İstehlak kreditlərinin həcmi əvvəlki ayla müqayisədə 3,1 faiz, illik müqayisədə 17 faiz çoxdur. Son bir ay və son bir il ərzində əhalinin gündəlik xərclərini qarşılamaq üçün daha çox bank kreditlərinə müraciət etməyə üstünlük verdiyi görünür.

Oktyabr ayının 1-nə manatla olan kreditlər üzrə orta faiz dərəcəsi 14,27 faiz olub. Bu kreditlərdə orta faiz dərəcəsi illik müqayisədə 0,37 faiz bənd artıb. Xarici valyutada verilən kreditlərin orta faiz dərəcəsi isə ötən ilin eyni dövrü ilə müqayisədə 0,56 faiz bənd azalaraq 4,98 olub.  

Yeni verilmiş manatla olan kreditlərin orta faiz dərəcəsi isə 17,74 faiz olub, bu, ötən ilin eyni dövrünə nəzərən 0,57 faiz bənd çoxdur. Eyni kateqoriyada xarici valyutada verilən kreditlərin orta faiz dərəcəsi isə 0,63 faiz bənd artaraq 5,52 olub.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri