25 
Apr
2022
12:28
111
21
1401
Virtual karabakh

Daha 152 işsiz şəxs peşə hazırlığı kurslarına cəlb edildi, pul da veriləcək

25 Apr, 2022
12:28
1401

Daha 152 işsiz şəxs peşə hazırlığı kurslarına cəlb edildi, pul da veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində daha 11 peşə üzrə hazırlıq kursuna başlanıb.

152 işsiz şəxsin cəlb olunduğu kurslar qənnadıçı, şirniyyatçı, alətçi-çilingər, dayə, mobil telefonların təmiri ustası, minaaxtaran, bağban və s. peşələr üzrədir. 

İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilən kurslarda müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahələr üzrə müəssisələrdə təcrübə keçmələrinə də şərait yaradılacaq.

Kursun sonunda imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikatlar təqdim ediləcək və onların işlə təmin olunmalarına dəstək göstəriləcək.

Peşə hazırlığı müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd də veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri