İyl
2022
11:27
37
116
1705
Virtual karabakh

SOCAR: “Xəzərdə su səviyyəsinin enməsi nəticəsində quyuların istismarında problemlər yaranır”

5 İyl, 2022
11:27
1705

SOCAR: “Xəzərdə su səviyyəsinin enməsi nəticəsində quyuların istismarında problemlər yaranır”

“Xəzər dənizində su səviyyəsinin enməsi nəticəsində akvatoriyanın dayaz sahələrində mövcud və perspektivdə nəzərdə tutulan quyuların istismarında problemlər yaranır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xalik Məmmədov “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, son zamanlar gəmilərin hidrotexniki qurğulara sərbəst yan alması, işçilərin və yüklərin təhlükəsiz daşınması üçün nəzərdə tutulmuş yük və sərnişin körpülərinin konstruksiyasına müəyyən dəyişikliklər edilməsi (endirilməsi və genişləndirilməsi, bərkidilməsi) zərurətə çevrilib və təxirəsalınmaz tədbirlər həyata keçirilib.

SOCAR-ın vitse-prezidenti bildirib ki, səviyyənin enməsi hidrotexniki qurğuların yükdaşıyıcı və texnoloji konstruksiyalarının, nəql borularının su səthi ilə təmas zonalarında aqressiv korroziya ehtimalını artırır:

“Suyun şorluğunun yüksəlməsi, dəniz suyu istifadə edilən texniki və yanğın əleyhinə su xətlərinin və avadanlıqların korroziyaya uğrama sürətinin artmasına səbəb olur. Eyni zamanda dəniz səviyyəsinin enməsi nəticəsində suyun temperaturu da qalxır, buxarlanmanın intensivləşməsi müşahidə edilir ki, bu da dənizdəki istehsalat sahələrində uzunmüddətli rütubətə səbəb olur və işçilərin sağlamlığına mənfi təsir edən zərərli amillərdəndir”.

“Dənizin səviyyəsi indiki intensivliklə enməyə davam edərsə, mövcud texniki imkanların saxlanılması baxımından SOCAR üçün əhəmiyyətli risklərə və əlavə maliyyə xərclərinə səbəb ola bilər. Artıq 15 ildir ki, neft və neft məhsulları ilə çirklənmiş mədən ərazilərində rekultivasiya işləri davamlı olaraq həyata keçirilir. Alternativ enerjiyə keçid məsələləri - hidrogen istehsalı, bərpa olunan enerji mənbələri, plastik tullantıların təkrar emalı, biopolimerlər və s. SOCAR mütəxəssisləri tərəfindən ciddi araşdırılır”.

Qarşımızda çətin və həlli vacib olan problemlər durur. Düşünürük ki, ilk növbədə Azərbaycan Respublikası üçün uzun və qısamüddətli iqlim proqnozu ssenariləri hazırlanmalı, şiddətli küləkli günlərin tezliyi, gözlənilən illik temperatur göstəriciləri, dəniz səviyyəsi tərəddüdləri haqqında məlumatlar əldə edilib ümumiləşdirilməlidir. İqlim dəyişmələrinin təsərrüfat fəaliyyətinə mənfi təsirlərinin qarşısının alınması, aradan qaldırılması və uyğunlaşma üçün konkret tədbirlərin və təxmini büdcənin müəyyənləşdirilməsi də təxirəsalınmadan həllini tapmalıdır”, - o əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri