18 
İyl
2022
17:48
169
43
897
Virtual karabakh

Kadri Simson: “Aİ 2027-ci ilədək Azərbaycandan qaz nəqlini ikiqat artırmağı planlaşdırır”

18 İyl, 2022
17:48
897

Kadri Simson: “Aİ 2027-ci ilədək Azərbaycandan qaz nəqlini ikiqat artırmağı planlaşdırır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarşılıqlı anlaşma haqqında yeni memorandum bizim şaxələndirmə istiqamətində səylərimizdə Cənub Qaz Dəhlizinin strateji rolunu bir daha vurğulayır”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı xanım Kadri Simson Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan artıq Aİ-yə təbii qaz nəqlini artırıb və tendensiya davam edəcək. Bu il əlavə dörd milyard kub metrədək qaz nəql olunacaq, 2027-ci ilədək isə tədarük həcminin iki dəfəyədək artırılması gözlənilir.

“Əməkdaşlığımız bununla məhdudlaşmır, bərpa olunan enerji mənbələrindən istifadənin sürətləndirilməsini və metan qazı tullantıları ilə mübarizəni əhatə edir. Bu addımlar tədarükün təhlükəsizliyini artıracaq və iqlim sahəsində məqsədlərimizə çatmaqda kömək edəcək”, - Kadri Simson deyib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri