Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
AZAL Rusiyanın daha üç şəhərinə uçuşları dayandırdı
AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırır.
Bu barədə Oxu.Az-a "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətindən məlumat verilib.
Bildirilib ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın aşağıdakı hava limanlarına uçuşlar 28 dekabr 2024-cü il tarixindən Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırılır:
• Mineralnıye Vodı
• Soçi
• Volqoqrad
• Ufa
• Samara
• Saratov
• Nijni Novqorod
• Vladiqafqaz
Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar verib.
Təhlükəsizlik səbəbindən Qroznı və Maxaçqala da daxil olmaqla, yuxarıda qeyd edilən istiqamətlər üzrə digər aviaşirkətlərin də uçuşlarının dayandırılması barədə qərar qəbul edilib.
Mövcud vəziyyətlə əlaqədar olaraq, bu istiqamətlər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.
AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırır.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) yayıb.
Bildirilib ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın aşağıdakı hava limanlarına uçuşlar 28 dekabr 2024-cü il tarixindən Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırılır:
• Mineralnıye Vodı
• Soçi
• Volqoqrad
• Ufa
• Samara
Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdir.
Təhlükəsizlik səbəbindən Qroznı və Maxaçqala da daxil olmaqla, yuxarıda qeyd edilən istiqamətlər üzrə digər aviaşirkətlərin də uçuşlarının dayandırılması barədə qərar qəbul edilmişdir.
Mövcud vəziyyətlə əlaqədar olaraq, bu istiqamətlər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- Təyyarədə "20 nəfər qabağa gəlsin" tələbi nəyə görə olub?
- Aviaqəzada xəsarət alanlardan birinin sabah əməliyyatı planlaşdırılır
- Rusiya hava məkanını bağlamır - etiraf, üzr, kompensasiya böyüklüyün əlaməti
- Nazir: "Azərbaycan beynəlxalq məsləhətçiləri təyyarə qəzasının araşdırma prosesinə cəlb edib"
- Qəzada həlak olan Ramazan Filiyevin xanımı: "Dedi ki, təyyarə Qroznıya enəndə xəbər edəcəyəm"
Rəylər