Gəncə şəhərində bir evdən iki nəfərin meyitinin tapılmasının təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən mənzillərdən birində baş verib.
Araşdırmalar zamanı meyitləri tapılan şəxslərin şəhər sakinləri - 1987-ci il təvəllüdlü Tural Məmmədov və 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev olduğu müəyyən edilib.
İlkin məlumata görə, onlar mənzildə dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli
Gəncədə evdən iki nəfərin meyiti aşkarlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Gəncə şəhərində qeydə alınıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Meyitləri tapılan şəxslərin kimliyi və ölüm səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli