Gəncədə 33 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, 1993-cü il təvəllüdlü R.Məmmədov Gəncə şəhər, Atatürk prospektində mübahisə zəminində kürək nahiyəsindən bıçaqlanıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü A.Cəfərov isə polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Yusuf Məmmədli