Göyçayda qadın dəm qazından zəhərlənib.
Oxu.Az xəbər verir ki, Lalə İsgəndər qızı Mirzəliyeva yaşadığı evin həyətyanı sahəsində yerləşən hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.
Hadisə ilə bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.
Samir Əli