Neftçala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, Fərhad Kamil oğlu Həsənov idarə etdiyi traktorla Neftçala-Salyan avtomobil yolunun Neftçala rayonu, Həsənabad qəsəbəsindən keçən hissəsində velosipedlə hərəkət edən 2013-cü il təvəllüdlü İbrahim Amil oğlu Əsədli vurub.
Hadisə nəticəsində yaralanan şəxs dünyasını dəyişib.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi başlanılaraq istintaq aparılır.
Qaynar xətt:
(055) 224 12 12