AFFA İntizam Komitəsi II Liqada baş verən qayda pozuntularına görə iki nəfər barəsində qərar çıxarıb.
Oxu.Az xəbər verir ki, "Şəmkir"in futbolçusu Fuad Əhmədov "Ağstafa Gəncləri" ilə görüşün 90-cı dəqiqəsində baş hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alıb.
Oyunçu dörd matçlıq diskvalifikasiya edilib. "Şəmkir" klubu isə 1 000 manat cərimələnib.
"Difai"nin məşqçisi Əli Hüseynov da oxşar səbəbdən cəzalandırılıb. O, "Zəngəzur"la qarşılaşmanın 84-cü dəqiqəsində hakimin ünvanına təhqiramiz ifadələr işlədib.
İntizam Komitəsinin qərarına əsasən, Əli Hüseynov dörd oyunluq cəza alıb, "Difai" klubu isə 1 000 manat cərimə ödəyəcək.