Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ÇL-də erkən final: “Real Madrid” “Mançester Siti”yə, PSJ “Barselona”ya rəqib oldu - YENİLƏNİB
Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində 1/4 final, yarımfinal və finalın püşkatma mərasimi baş tutub.
1/4 final mərhələsində qarşılaşacaq cütlüklər aşağıdakılardır:
“Arsenal” - “Bavariya”
“Atletiko Madrid” - “Borussiya Dortmund”
“Real Madrid” - “Mançester Siti”
PSJ - “Barselona”
Yarımfinal:
“Atletiko” - “Borussiya Dortmund” cütünün qalibi / PSJ - “Barselona” cütünün qalibi
“Arsenal” - “Bavariya” cütünün qalibi / “Real” - “Mançester Siti” cütünün qalibi
11:12
Bu gün UEFA Çempionlar Liqasında mövsümün son püşkü atılacaq.
Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində 1/4 final, yarımfinal və finalın püşkatma mərasimi keçiriləcək.
Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşkün nəticəsinə əsasən 1/4 finaldakı cütlər, həmçinin yarımfinal və finaldakı potensial rəqiblər bilinəcək.
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin iştirakçıları: “Mançester Siti”, “Arsenal” (hər ikisi İngiltərə), “Atletiko”, “Barselona”, “Real” (hamısı İspaniya), “Bavariya”, “Borussiya” Dortmund (hər ikisi Almaniya), PSJ (Fransa).
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 9-10-da və 16-17-də, yarımfinalın matçları isə 30 aprel - 1 may və 7-8 may tarixlərində oynanılacaq. Final qarşılaşması iyunun 1-də Londonun “Uembli” stadionunda baş tutacaq.
Əli Quliyev