Futbol üzrə DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində IV turun növbəti oyunları keçirilib.
İkinci oyun günündə 5 qrupda 11 qarşılaşma baş tutub.
B qrupunda Gürcüstan öz meydanında məğlubiyyətə uğrayıb. İsveç isə doğma divarlar arasında İspaniyadan üstün olub – 2:1.
C qrupunda isə son Avropa çempionu İtaliya ev oyununda Bolqarıstanla bacara bilməyib. Matçda minimal bərabərlik qeydə alınıb. Qrupun digər oyununda Litva öz azarkeşləri önündə Şimali İrlandiyaya 2 top fərqlə uduzub.
F qrupunda Belçika Estoniyaya 5, İ qrupunda isə İngiltərə macarlara 4 qol vurmaqla favorit statusunu təsdiq edib.
DÇ-2022-nin seçmə mərhələsi
IV tur
2 sentyabr
B qrupu
Gürcüstan – Kosovo – 0:1
İsveç - İspaniya - 2:1
C qrupu
İtaliya - Bolqarıstan - 1:1
Litva – Şimali İrlandiya - 1:4
E qrupu
Çexiya - Belarus - 1:0
Estoniya - Belçika - 2:5
İ qrupu
San Marino - Andorra - 2:0
Macarıstan – İngiltərə - 0:4
Polşa - Albaniya - 4:1
J qrupu
İslandiya - Rumıniya - 0:2
Lixtenşteyn - Almaniya - 0:2
Şimali Makedoniya – Ermənistan - 0:0
Rəylər