FIFA yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıqda təqsirləndirilərək 20 il müddətinə diskvalifikasiya olunmuş konqolu məşqçi Conatan Bukabakvanın futboldan kənarlaşdırılma müddətini 2048-ci ilə qədər uzadıb.
Oxu.Az bu barədə "The Guardian" nəşrinə istinadən xəbər verir.
"Messi" ləqəbi ilə tanınan məşqçi ötən il həbsdən çıxdıqdan sonra cəza şərtlərini pozaraq yenidən uşaqları çalışdırmağa başlayıb. Bu səbəbdən FIFA onun cəzasına daha 5 il əlavə edib.
FIFA-nın Etika Komitəsi intizam tədbirləri çərçivəsində Conatan Bukabakva 15 000 dollar məbləğində əlavə cərimələnib, məşqçinin çalışdığı "Rasinq Klub Baki" klubu 50 000 dollar məbləğində cərimə olunub
Xatırladaq ki, FIFA 2023-cü ilin oktyabrında Bukabakvanı 20 il müddətinə futboldan kənarlaşdırmış və 112 000 dollar məbləğində cərimələmişdi.