Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Milli üzvü 90 dəqiqə oynadı, komandası uduzdu
Futbol üzrə Portuqaliya çempionatında 4-cü turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Pasuş de Ferreyra” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Maritimo” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Renat da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin forvardı sonadək mübarizə aparıb.
Qeyd edək ki, Renat bu yay İngiltərənin “Vulverhempton” klubuna transfer olunsa da, “Pasuş de Ferreyra”ya 1 illik icarəyə verilib. Futbolçumuzun komandası hazırda 1 xalla 18 kollektiv arasında sonuncudu.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Lavrov: "Moskva Bakı ilə İrəvan arasında normallaşma prosesinə kömək etməyə hazırdır"
- Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
- ABŞ-nin Bakıdakı səfiri Mark Libbi vidalaşdı: "Ən unudulmaz təəssüratı Azərbaycan xalqı bəxş etdi"
- Hakan Fidan Azərbaycana səfər edəcək
- Azərbaycan və Braziliya aqrar sahədə əməkdaşlıq edəcəklər