Türkiyə Superliqasının IX turunda keçiriləcək İstanbul derbisinin baş hakimi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, "Qalatasaray" və "Fənərbağça" arasında baş tutacaq qarşılaşmanı FIFA referisi Atilla Karaoğlan idarə edəcək.
Qeyd edək ki, oktyabrın 26-da keçiriləcək derbi Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Qaynar xətt:
(055) 224 12 12