"Qalatasaray"ın əfsanəvi futbolçularından olan Cevat Prekazinin dəfn mərasimi keçirilib.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, mərasimdə "Qalatasaray"ın prezidenti Dursun Özbek və klubun yüksəkvəzifəli əməkdaşları iştirak ediblər.
Prekazinin vəsiyyətinə uyğun olaraq, tabutuna "Qalatasaray" forması qoyulub.
1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"a transfer olunan Prekazi İstanbul təmsilçisinin heyətində altı mövsüm çıxış edib. O, 69 yaşında vəfat edib.
Qaynar xətt:
(055) 224 12 12