"Sabah"ın futbolçusu Velko Simiç Azərbaycan futbolu tarixinə düşüb.
Oxu.Az Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, o, Azərbaycan klublarının heyətində UEFA Çempionlar Liqasında (ÇL) ardıcıl 5 matçda qol sevinci yaşayan ilk oyunçu olub.
Qeyd edək ki, Simiç Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel" (Beer-Şeva, İsrail) ilə səfər oyununda (1:2) fərqlənib.
Xatırladaq ki, o, daha əvvəl ÇL-in II təsnifat mərhələsində "KuPS"la (Finlandiya) ilə hər iki oyunda (1:0, 2:0) qol vurmuşdu. Həmçinin növbəti mərhələdə "Orhus" (Danimarka) ilə (1:2, 4:0) matçlarda da fərqlənməyi bacaran Simiç uğurlu seriyanı dünən də davam etdirib.
Əlavə edək ki, komandalar arasında cavab oyunu avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.