Liqa 1 təmsilçisi "Lion" UEFA tərəfindən külli miqdarda cərimələnə bilər.
Oxu.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, bununla yanaşı, kluba transferlərə bağlı məhdudiyyətlər də qoyula bilər.
Bu səbəblə komandanın yeni mövsüm avrokuboklarda iştirakı sual altındadır.
Qeyd edək ki, çempionatın bitməsinə bir tur qalmış "Lion" 54 xalla yeddincidir.