Belçikanın "Union" klubunun futbolçusu Massire Silla Türkiyə nəhənglərinin diqqətini cəlb edib.
Oxu.Az Belçika mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş" 21 yaşlı seneqallı mərkəz müdafiəçisinin çıxışını izləyir.
Bildirilib ki, İstanbul komandaları futbolçunun vəziyyətini yaxından izləyirlər. Silla ilə İtaliyanın "Milan" klubu da maraqlanır.
Qeyd edək ki, "Union" Massire Sillanı 2026-cı ilin yanvarında Norveçin "Lün" klubundan transfer edib. Belçika təmsilçisi müdafiəçi ilə müqaviləni 2031-ci ilin iyununadək uzadıb.