Mar
2018
17:02
36
163
17682
Virtual karabakh

Antarktikada UNO qəzaya uğrayıb – VİDEO

5 Mar, 2018
17:02
17682

Antarktikada UNO qəzaya uğrayıb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özlərini “yadplanetlilər ovçusu” adlandıran internet istifadəçiləri Antarktikada Google Earth proqramının köməyilə qəribə bir obyektə rast gəliblər. 

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, istifadəçilər fotolarda Cənubi Georgiya adasında nəhəng naməlum obyektin qarda izlərini görüblər.

Onların fikrincə, bu izlər yalnız yadplanetlilərə məxsus ola bilər. 

Digər istifadəçilər isə deyirlər ki, bu obyektdə qeyri-adi heç nə yoxdur:

“Araşdırma stansiyası yuxarıdan bütün adanı çəkməyimizi istədi. Bir fotoqraf kimi mən 100 faiz əminliklə deyə bilərəm ki, fotoda əks olunan, sadəcə, buzlaqdır. Bağışlayın”, - deyə Böyük Britaniyanın Kral Donanması ilə birlikdə adaya gələn Rain606 adı altında bir istifadəçi qeyd edib. 

Cənubi Antarktikada yerləşən bu adada 20 insan yaşayır. Ərazi Böyük Britaniyaya məxsusdur. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri