Mar
2019
09:52
177
16
6722
Virtual karabakh

Xərçəngin inkişafına qarşı ən effektiv tərəvəz açıqlandı

4 Mar, 2019
09:52
6722

Xərçəngin inkişafına qarşı ən effektiv tərəvəz açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Tafts Universitetinin alimləri pomidorun tərkibində olan likopinin karotinoid piqmentinin qaraciyərin piylənməsi, xərçəngi və iltihabı riskini əhəmiyyətli dərəcədə azaltdığını müəyyən edib.

Bu barədə elmi məqalə “MedicalXpress” nəşrində dərc olunub.

Araşdırma zamanı yenidoğulmuş siçanlara qaraciyərdə bədxassəli şişlərin inkişafına yol açan kanserogen maddə yeridilib. Daha sonra gəmiriciləri yüksək miqdarda yağlı qidalarla yemləyiblər. Habelə bir siçan qrupuna əlavə olaraq tomat tozu veriblər.

Məlum olub ki, lipokin onların orqanizmində faydalı mikrofloranın miqdarını və müxtəlifliyini artırıb və iltihab yaradan bəzi bakteriyaların çoxalmasına əngəl yaradıb. Bu mexanizm qaraciyər xəstəliyi və xərçəngə tutulma ehtimalını əhəmiyyətli dərəcədə azaldıb.

Alimlər tomat tozunun ayrılıqda lipokinin tətbiq olunmasından daha effektiv olduğunu müəyyənləşdirib. Bu, pomidorlarda başqa faydalı birləşmələrin, o cümlədən, E vitamini, C vitamini, folatlar, minerallar, fenol birləşmələr və qidalı liflərin olması ilə əlaqələndirilir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri