28 
Avq
2019
12:15
268
93
13940
Virtual karabakh

Ancelina Colinin stilisti Mərdəkanda özünə bağ evi tikdirdi - FOTO/VİDEO

28 Avq, 2019
12:15
13940

Ancelina Colinin stilisti Mərdəkanda özünə bağ evi tikdirdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyaca məşhur "ELLE" dəb jurnalının moda direktoru Vadim Qalaqanov Mərdəkanda özünə bağ evi tikdirib.

O, bu barədə özünün "Instagram" hesabında məlumat paylaşıb.

Bildirib ki, evin inşası 2019-cu il may ayında bitib. Fərqli mədəniyyətlərin birləşməsi üslubunda dizayn edilən evin həyətində böyük hovuzu var. 

Qeyd edək ki, Vadim Qalaqanov Bakıda doğulub. Onun ailəsi 1990-cı illərdə Moskvaya köçüb.  2005-ci ildə o, "Conde Nast Russia"da, "GQ" jurnalında stilist kimi karyerasına start verib. 

2017-ci ilin fevralından Vadim "ELLE" Russia jurnalının dəb bölməsinin rəhbəri olub. O, ən yaxşı jurnallarla əməkdaşlıq edib: "VOGUE", "TATLER", "GLAMOUR", "MADAME FIGARO" və s. 

Stilist hazırda Cerard Batler, Edrien Broudi, Ancelina Coli, Vinsent Kassel, Naomi Kempbell, İrina Şeyk, Karli Kloss, Lapo Elkann, Suki Uoterxaus, Devid Qandi, Maykl Qorbaçov və bir çox digər ulduzlar və top-modellərlə işləyir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri