Noy
2019
02:25
17
213
6636
Virtual karabakh

Çində gənc oğlanın qulağından “hamam böcəyi ailəsi” çıxdı

8 Noy, 2019
02:25
6636

Çində gənc oğlanın qulağından “hamam böcəyi ailəsi” çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində dözülməz ağrı ilə xəstəxanaya çatdırılan gənc oğlanın qulağından “hamam böcəyi ailəsi” çıxarıldı.

“FoxNews” bildirir ki, Çinin Sanhı şəhərində 24 yaşlı oğlan ailə üzvlərinə dözülməz dərəcədə ağrıyan qulağına işıq salaraq baxmalarını istəyib.

Qulağında böyük bir hamam böcəyi görən ailə üzvləri onu tezliklə şəhər xəstəxanasına aparıblar.

Xəstəxanada Cong Yicin adlı həkim tərəfindən müayinə olunan oğlanın qulağından biri böyük 10-u bala olmaqla 11 hamam böcəyi çıxarılıb.

Həkim hadisənin səbəbini gənc oğlanın yatağının yanında yarımçıq yemək saxlamaq vərdişində görüb. Böcəklərin oğlanın qulağında nə vaxtdan yaşadığı isə dəqiq bilinmir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri