Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İlon Mask təqdimatı uğursuz olan pikapının reklamı üçün yeni üsula əl atdı - VİDEO
“Tesla” kompaniyasının yaradıcısı İlon Mask təqdimat zamanı uğursuzluğa düçar olan “Cybertruck”ın reklamı üçün yeni üsula əl atıb.
Belə ki, o, pikapını yenidən gündəmə gətirmək üçün avtomobilin sükanı arxasına özü keçib. Bu barədə “Mail Online” xəbər verib.
Bildirilir ki, Mask rəfiqəsi və bir neçə dostu ilə birlikdə avomobildə gəzib. Sonra pikapı restoran yaxınlığında park edib. Mask dostları ilə şam etdiyi müddətdə yoldan keçənlər maşının fonunda şəkil çəkdiriblər.
Xatırladaq ki, noyabr ayında Mask Los-Ancelesdə yeni elektrik “Cybertruck” pikapını təqdim etmişdi.
Həmin vaxt dizaynerlərdən biri zirehli maşının pəncərəsinə metal şar atmışdı, bundan sonra o qırılmışdı.
Uğursuz təqdimatdan sonra “Tesla” aksiyasının kursu 6 faiz azaldı. Nəticədə İlon Maskın varidatı 768 milyon dollara düşüb.